Dünya nizamına qənim kəsilənlər - BAXIŞ

  • By admin
  • 02 Mart 2021 23:18

 

 

 

Tarixin dərin laylarını qaldırdıqca, zaman-zaman qəddarcasına, vəhşicəsinə törədilmiş qətllərin, soyqrımların şahidi oluruq. Bu qanlı səhifələrin müəllifləri isə hər birimizə bəllidir. Ermənilər.!

Fikrimcə, onlar dünyada hansısa yerlərini tutub yaşamaq üçün deyil, məhz hansısa güclərin əlində öz mənfur xislətlərini həyata keçirmək üçün alə olaraq var olublar. Elə bu güclərin əli ilə də əsrlərdir ki, dünya nizamına qənim kəsiliblər.

“Bu torpaqları biz Sizə hədiyyə etdik”, nəbadə məndən uzaqlmaq istəyəsiz.! Yoxsa hədiyyə etdiyim torpaqları geri alaram.!” Bunlar Moskvanın Qazaxıstana rəsmi baxışıdır. Sovetlər birliyinin dağılması ilə gücünü itirməyi həzm edə bilməyən Moskva, köhnə sovet ölkələri üzərindəki təsirini davam etdirməyə qərarlıydı. Buna uyğun nümunələri Moldova, Gürcüstan, Ukrayna, Krım ve Qarabağda gördük. İndi isə sıra Qazaxıstanda deyəsən.

 

Rusiya dünyanın ən böyük torpaq sahibi olan bir dövləti olmasına baxmayaraq bəs, nə üçün hələ də torpaqlarını genişləndirmək, inkişaf etdirmək istəyir?

 

Rusiyalı millət vəkili dövlət televiziyasında danışarkən “Qazaxıstanın daha əvvəl var olmadığını” dedi. “Qazaxıstan torpaqları Rusiya və sovetlər birliyinin böyük bir hədiyyəsidir” deyən millət vəkili əslində ”Qazaxlar heç vaxt dövlət olmadı” deyən Rusiya dövlət başçısı Putinin dediklərini təkrar edirdi. Bir neçə gün sonra digər bir millət vəkili isə “Qazaxıstan torpaqlarını sovetlər birliyindən kirayələdiyini dedi. Sual yaranır: Niyə, məhz Qazaxıstan?

Çünki, Qazaxıstan olduqca strateji bir mövqeyə sahibdir. Bir tərəfində özünü bir göy üzü qədər sərhədsiz ifadə edən Rusiya, digər tərəfində isə sərhəd tanımadan dünyaya yayılmağı qarşısına məqsəd qoyan və Türk torpaqlarının onlara aid olduğuna inanan Çin var. Ortada isə 70 il boyunca ən ağır işgəncələrə məruz qalan, dinindən, dilindən ayrılan, bütün ziyalılarını itirən, süni aclığa məruz buraxılmaqla, əhalisinin böyük bir qismini, yəni milyonlarca insanını itirən bir toplum var. Ölçü baxımından dünyada 9-cu  sırada yer alan Qazaxıstan dövrə cədvəlindəki elementlərin 80 faizini torpaqlarında daşıyır. Enerji qaynaqları ilə dünyada 9-cu sırada yer alır. Böyük torpaq və zəngin təbii sərvətlərə sahib olmasına baxmayaraq Qazaxıstanın ən önəmli problemlərindən biri də əhalisinin sayının az olmasıdır. Belə döyük torpaqlarda cəmi 18 milyon insan yaşayır. Təbii ki, Qazaxıstanın yerləşdiyi bu ərazi olduqca iştah qabardıcıdır.

 

Sıx Rus əhalisi;

 

Qazaxıstanın Rusiya ilə 7200 kilometrə qədər uzanan bir sərhəddə sahib olması və müstəqilliyini qazandığı ilk illərində Qazaxıstanın əhalisinin 37% nin Rus olması, istər istəməz Orta Asiyanın ən böyük və ən zəngin ölkəsinin, Rusiyaya qarşı siyasəti daha diqqətli manitorinq etməyə və izləməyə səbəb oldu. Rusiya dövlətinin başına Putinin gəlməsi ilə köhnə sovet ölkələrində yaşayan Rus əhalisi Rusiyanı daha çox maraqlandırmağa başladı. Hətta harada Rus varsa, Rusiyanın ora müdaxilə etmək haqqı var deyərək, separatçı siyasət üçün qanuni bir zəmin yaratmış oldu. Qazaxıstan dövləti Rusiyanın bu siyasətlərini əvvəlcədən hiss edərək  bölgənin homogen quruluşunu şaxələndirmək üçün Qazax türklərini orada yaşamağa təşviq etdi. Bu arada, Türkiyənin müxtəlif bölgələrində də bir neçə il əvvəl köç edən 10 mindən çox Qazax türkləri yaşayır.

 

Bu mövzunu yaxından izləyən jurnalist Maksim Şevçenko müsahibəsində belə deyir: “Mən bunun Qazaxıstana verilən gözdağı olduğunu düşünürəm. Bunu necə başa düşməliyik? Bu niyə indi oldu? Qazaxıstandan Cənubi Qafqaza keçək; Qarabağ düyününün açılmasından sonra, ipək yolunu tamamlamaq və bağlamaq üçün böyük bir imkan yarandı. Bu imkan, Xəzər dənizi kənarından Dağıstana və Azərbaycana daha sonra Zəngəzur üzərindən Ermənistana və oradan da Türkiyəyə keçəcək bir keçid dəhlizi təmin edir. Türkiyədən isə birbaşa Avropa Birliyinə çatır. Bu İpək yolunun bir hissəsidir. Və Qazaxıstan bu keçid yolunda “vacib açar” ölkəsidir. Buna görə də Rusiya təkəbbürlə və imperialistcəsinə Qazaxıstana hücum edir. Gözdağı verməyə çalışır. Qazaxıstanı həyəcanlandırmaq və özündən asılı vəziyyətə salmaq istəyir. Qazaxıstanın bu keçid dəhlizində önəmli bir rola sahib olmağını istəmir. Çünki yolun böyük bir hissəsinin Qazaxıstan üzərindən keçdiyini çox yaxşı bilirik. Rusiya torpaqlarına isə yalnız xəzər sahillərində çatır. Qazaxıstan imperialist bir dövlət deyil, Rusiya isə özünü həmişə zəfərin başında görmək istəyən, genişlənmə siyasətini hər zaman dövlət qurumlarıyla ört-bas etmək istəyən bir imperialist bir dövlətdir. Bu dəqiqə Rusiya Qazaxıstanla bu dəhliz üzərindəki pay mövzusunda mübahisədədirlər. Rusiya bu dəhlizin Rusiya torpaqlarından keçməsini, Orenburq, Çelyabinsk, Omks kimi şəhərlərdən keçməsini istəyir. Bu qədər. Qazaxıstan və Rusiya arasındakı bu məsələ sadəcə bir çıxar məsələsidir.”

 

Sovetlər birliyinin varisi:

 

Sovetlər birliyinin son konstitusiyasında belə yazırdı;  “Hər birlik ittifaqdan, SSRİ-dən sərbəst ayrılma haqqına sahibdir. İlk olaraq bu haqqdan yararlanan Rusiya oldu. Özünü sovetlərin varisi olaraq təsdiqləyən Rusiya, sovetlərdən çıxan ölkələrin böyük hədiyyələrlə ayrıldığını, Rus torpaqlarını öz ölkələrinə qatdığını önə sürməyə başladı. ”Sovetlər birliyindən çıxan ölkələr öz ərazilərinə əhəmiyyətli dərəcədə tarixi Rus torpaqlarını əlavə etdilər. Ardından isə bu birlikdən çıxmağa qərar verdilər.” Bu iddia, Rusiyaya qarşıdakı dövrdə bu ölkələr üzərində təhdid formalaşdırmaq, bu ölkələrin daxili işlərinə qarışmaqda qanuni zəmin yaratmaqda lazım idi.

 

Putinin Rusiyası:

 

Rusiya, sovet sonrası yəni, Rus dövlətinin başlanğıcı olan “12 İyun” Rusiya gününü hər il qeyd edir. Amma hələ də SSRİ-nin çökdüyünü qəbul edə bilmir. Rusiya dövlət başcısı Putin sovetlərin çökməyinin 21-ci əsrin ən böyük fəlakəti olduğunu deyir. Dövlət məmurları və millət vəkilləri də Putinlə eyni fikirdədirlər. Açığını desək, var olmayan bir dövlətin cəsədini məzardan çıxatmağa çalışırlar. (Necə ki, Leninin cansız cəsədini, mumyasını hər il movzaleydə çimizdirib geyndirirlər)…

 

Sərhədlər uğrunda mübarizə;

 

Orta Asiya ölkələri arasında Qazaxıstan, Çin və Rusiya ilə sərhədlərini qəti olaraq müəyyənləşdirən ilk ölkə idi. Çin və Rusiya nə qədər bu vəziyyəti gecikdirsə də asılılığın ilk təməli olan sərhədlərin qəti olaraq müəyyənləşdirilməsi Qazaxıstan üçün çox vacib idi. Rusiya bu müqaviləni görməzdən gəlirsə bu mövzunu xatırlamaq lazımdır.

 

Tarixi Qazax torpaqları; Xəritəyə baxdığımızda Rusiyanın cənub hissəsində yer alan Astraxan, Orenburq, Omsk, Tümen kimi şəhərlər tarixi Qıpçaxların əsas kütləsini təşkil edən Qazax türklərinin torpaqlarıdır. Oralarda hələ də Qazax əhalisi yaşayır. Orenburq əslində Orınbor, bir Türk kəliməsidir. Ən önəmlisi isə 20-ci yüzilliyin əvvəlində qurulan Qazax dövlətinin paytaxtı olması idi. Qazax xalqının ilk siyasi partiyası Alaş Partiyasını və ardından Türküstanın asılılığı olmayan ilk Türk dövlətinə sahib olan milli Alaş Orda höküməti də ilk olaraq Orınborda qurulur. Yəni Qazax Türkləri, Rusiyanın vaxtı ilə işğal etdiyi və adlarını dəyişdirdiyi bu tarixi torpaqlarını heç vaxt unutmadıqlarını da xatırladır.

 

Bəs Qazaxıstan hazırda Krımın aqibətini yaşayarmı ?

 

Bəli, ən başdan bəri üzərində durduğumuz bu sualı cavablandırım. Rusiya dünyanın ən böyük torpaqlara sahib olmasına baxmayaraq niyə hələ də torpaq iddiası edir ? Dünya torpaqlarının 8/1-nə sahib olan Rusiyanın məqsədi, Orta Asiyada yeni torpaqlara sahib olmaq deyil. Bu torpaqlarda rəqiblərinə qarşı əhalisini, ərazisini qorumaq və genişləndirməkdir. Yeni torpaqları öz tərkibinə qatmaq Rusiyaya heç nə qazandırmaz, əksinə itirər. Buna örnək olaraq göstərə bilərik ki, Moldovada Transdinyester bölgəsi öz arzusu ilə Rusiya tərkibinə qatılmaq istədiyində Rusiya qəbul etmədi. Eyni şəkildə Ukraynanın separatçı zonası olan Donbass da Rusiyaya qatılmaq istəyir. Rusiyanın bugünkü məqsədi torpağına torpaq qatmaq deyil, loru dildə desək, o bölgələrdə əhalisini qorumaq və daha çox nəzarətə sahib olmaqdır. Krım mövzusu isə bu kateqoriyaya aid edilmir. Çünki Krım Rusiyanın isti dənizlərə açılan tək qapısı olduğu üçün, öz torpaqlarına qatmaqdan başqa alternativi yoxdur. Bu mövzuda Qazaxıstan da Krımın aqibətini yaşayacaqmı ? Bilinmir…

 

Cənubi Azərb

aycan:

 

Bəzi çaylar sadəcə suya istiqamət verməz, eyni zamanda da millətlərin taleyini formalaşdırır. Bu çaylardan biri də Araz çayıdır. Araz illərdir; ayrılığı, müstəqillik uğrunda mübarizəni, anaların çarəsizliyini və qardaşların bir-birinə duyduğu həsrəti simvolizə edir. Arazı ilə başlayan Cənubi və Şimali Azərbaycanın ayrılıq hekayəsindən danışacağam.

Azərbaycan sərhədlərinin tarixi; Tarixi Azərbaycan torpaqları bugünkü İranın şərqini, şimalını və bəzi cənub əyalətlərini, Ermənistanın tamamını, Dağıstanın Dərbənd bölgəsini, Gürcüstanın şərqini, İraqın isə şimal-şərqini əhatə edən geniş bir coğrafiyadan ibarətdir. Bu coğrafiyada Səfəvilər, Əfşarlar, Qacarlar kimi Türk sülalələri vaxtı ilə dövlətlər qurdu və idarə etdi. Burada müxtəlif xanlıqlar da uzun müddət var oldular. Hətta bu xanlıqlar, Səfəvi imperyasından sonra əhəmiyyətli dərəcədə birləşdilər. Zaman zaman parçalanmağa başlayan bu birlik, dövrün böyük güclərinin deyəsən işinə yaradı. Özəlliklə bu bölgədə güclü bir mərkəzi dövlətin yaranması böyük güclərin maraqlarına zidd idi. Bəs bu böyük güclər kimlər idi?

 

Ruslar cənuba doğru:

 

Rusiyanın daha münbit torpaqlara sahib olmaq arzusu hər zaman var idi. Bu siyasət ilk olaraq Alman əsilli II Yekaterina tərəfindən həyata keçirilir. Yekaterina həyat yoldaşına zərbə vuraraq idarəetməni əlinə keçirən bir Rus imperatriçası idi. Özünü Bizansın varisi olaraq görürdü. 1783-cü ilə Cənubi Qafqazın ilk qapısı olan Gürcüstanla müqavilə bağlayaraq “Böyük xəyalının” ilk addımını atmışdı. Bu müqaviləyə əsasən Gürcüstan xarici məslələrində Rusiyaya bağlı qalacaqdı. Bu bağlılıq isə İranın Qara dənizə açılmağı üçün böyük bir əngəl formalaşdırırdı. Bu səbəblə də Gürcüstana hücum həyata keçirən İran Rusiya ilə üz-üzə gəldi. İranın məğlubiyyətindən sonra Gürcüstan tamamı ilə Rusiyaya  bağlanır. Beləcə də Rusiyanın cənuba irəliləmək üçün yolu açılmış olur.

 

Rusiya-İran müharibəsi;

 

19-cu yüzilliyin ilk illərində, Rusiya bölgəni ələ keçirmək, İran isə bu torpaqları qorumaq üçün böyük bir mübarizə başlatdı. Azərbaycanda parçalanan bəzi bəyliklər İrana, bəziləri də Rusiyaya kömək etməklə, iki qütblü bir nizam ortaya çıxır.

 

Böyük oyun;

 

Az əvvəl bəhs etdiyim dövr İngilislərin Avrasiyada “Böyük oyunu” başlatdıqları vaxt idi. Yəni, Avrasiyada sərhədləri müəyyənləşdirən iki güc var idi; İngiltərə və Rusiya. Rusiya, Azərbaycanın şimal hissəsini, yəni bugünkü Azərbaycan torpaqlarını əldə etmək və daha çox cənuba irəliləmək istəyirdi. Amma Cənubda hərbi gücü zəyif olan bir İran yox idi. İngiltərənin dəstəyini alaraq güclənən bir İran var idi.

 

İngiltərənin müdaxiləsi;

 

İngiltərə bölgəyə hakim idi. Rusiyanın da cənuba irəliləyərək özünə rəqib olmasına əsla razı deyildi. Beləcə Rusiya-İran müharibəsində, Rusiyanın daha da cənuba yəni, Hindistana doğru gəlməsinin qarşısını almaq üçün İrana dəstək verdi. İngiltərə, Azərbaycanın şimal hissəsini yəni, parçalanmış xanlıqları Rusiyaya verməsi üçün İrana təzyiq göstərməyə başlayır.

 

Gülüstan və Türkmənçay müqaviləsi;

 

Bu müharibələrdən sonra texnoloji cəhətdən geridə qalan İran müharibədə uduzdu. 1813-cü ildə Qarabağın Gülüstan kəndində Rusiya və İran razılığa gəldi. Razılaşma isə Azərbaycanı ikiyə böldü. Cənubi və  Şimali Azərbaycan. Müharibə dayandırıldı və Qafqazda 13 illik bir sülh dövrü başladı. Amma o zamankı İran rəhbərliyi itirdiyi torpaqları geri almaq üçün İngilislərin istiqamətləndirmələri ilə yenidən müharibəyə qərar verir. 1826-cı ildə başlayan müharibədə bu dəfə Ruslar Urmiya gölü sahillərinə, yəni bugünkü İranın şimal hissəsinə çatmışdı. Bu vəziyyətdə İran rəhbərliyi  1928-ci ildə daha çox torpaq itirməmək üçün təcili Rusiya ilə Türkmənçay müqaviləsini imzalayır.

 

Bəs, Azərbaycan nə üçün birləşə bilmədi ?

 

Gülüstan razşlaşması ilə Azərbaycanın şimalı tarixdə ilk dəfə Rusiyaya bağlandı. Cənub tərəfi isə İranda qaldı. Bu gün hələ də Azərbaycanda yaşayan Türklər özlərini Şimali Azərbaycanlı, İranda yaşayan Türklər isə özlərini Cənubi Azərbaycanlı olaraq tanıdırlar. Çarizmin dağılmasından sonra bu razılaşmalar qanuniliyini itirsə də Azərbaycan bir daha birləşə bilmədi. Çünki bölgədə Türkiyədən sonra ikinci bir böyük Türk dövlətinin olması, bu ölkənin eyni zamanda neftlə zəngin olması zamanın böyük güclərinin işlərinə yaramırdı. Bu mövzunu  son günlərin tanınan, əslən Cənubi Azərbaycandan olan-fotoqraf Reza Deqhati belə izah edir; “Baxın mən indi Ağdam yolundayam. Gedirəm Ağdama. Özüm də əslən Təbrizdənəm. Amma uşaqlıq vaxtlarımda baba-nənələrimiz həmişə bu sözləri bizə eşidirdik. Araz, Araz can Araz deyirdilər. Və biz Azərbaycanlılar bir birimizi  ayrı bilmirik. Dünyada bütün dövlətlər belədir. Dünyada bir dili, bir mədəniyyəti olan millətlər bir birlərini ayrı bilməzlər. İndi Vallah bu hökümətlər, siyasət bu milləti ayırıb. Bu başqa bir mövzudur. Amma əslində isə dili bir, mədəniyyəti bir olanlar bir ürəkdədir. Və bu analarımızdan, atalarımızın sözləri ilə bizlərə gəlib çatıb. Sağlıqla qalın, Ağdam yolundan, Reza Deghati”

 

Bəli, Birlik günü:

 

1989-cu ildə Azərbaycan xalqı Cənubi və Şimali Azərbaycan arasındakı bağı yenidən inşa etmək üçün sərhədləri açmaq qərarını alır. İqtirdardakı kommunist partiyası bu birləşməyə sərt reaksiya verir. Beləcə, 1828-ci ildən sonra ilk dəfə olaraq Arazın iki tərəfindəki qardaşlar qovuşmaq fürsəti tapır və bir keçid nöqtəsi  yaradılır. O gündən bu yana  hər il 31 dekabr tarixi həmrəylik və birlik günü kimi qeyd edilir.

 

Dəyişən soyadlar:

 

Araz çayı Azərbaycanın Cənuba və Şimala yəni, ikiyə bölünərək ayrılmasına şahidlik edib. Bolşeviklərin rəhbərliyi ələ keçirdiyi vaxtlarda Cənubi Azərbaycandan Şimali Azərbaycana çox sayda köç həyata keçirildi. Köç edən insanların soyadları məcburi olaraq dəyişdirildi. Yaxın qohumlar bir-birlərini tapa bilməsinlər deyə soy adları peşələrinə görə müəyyən edilir. Zaman zaman Araz çayı ayrılığın simvolu mənasına gələrək, haqqında şeirlər yazılıb, nəğmələr oxunur. Araz eyni zamanda dövrün başqaldıran alimlərinin boğularaq öldürüldüyü çay olaraq da xatırlanır…44 günlük Vətən, Qarabağ müharibəsi əsnasında Cənubi Azərbaycan Türklərinin Araz çayının kənarından,  Xudafərin körpüsünün azad edildiyi gün müharibəni izləyərək Azərbaycan əsgərlərinə dəstəklərini nümayiş etdirmələri qardaşlıq bağlarının nə qədər qüvvətli olduğunu bir daha sübut etdilər.

 

Cənubi Azərbaycanda 40 milyondan artıq Türk;

 

Bu gün İranda rəsmi olaraq nə qədər Türk əhalisinin yaşadığı haqqında dəqiq bir rəqəm yoxdur. Bu təxmini olaraq 50 milyondan çox rəqəm üzərində dayanılır. Çünki, Türklərin sayı rəsmi olaraq bilinərsə muxtariyyət iddiası ortaya çıxa bilər. İranın köhnə Xarici İşlər Naziri Əli Əkbər Salehi isə 2014-cü ildə Türkiyəyə səfər etdikdə müsahibələrindən birində, İran əhalisinin 40 mininin türkcə danışdığını demişdi. İran konstitusiyasının 15-ci və 19-cu maddəsinə görə Fars dilindən başqa digər dillərdə təhsil almaq etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olmaq haqqı verilmişdir. Təəssüf ki, İranda bu maddələr Türklər üçün keçərli deyilmiş.

 

Hələ ki, son deyil amma deyim ki; bəzən bir sevgi musiqisi, bəzən isə Cənubi Azərbaycanın həsrəti olaraq dinlənilən, uzun illər müəllifi gizli saxlanılan “Ayrılık” mahnısı, Cənubi və Şimali Azərbaycanın ayrılığını simvolizə edir. 1957-ci ildə yazılan musiqinin sözləri Rəcəp Fərhat İbrahimə aiddir. İddialara görə, bu şeirin ilkin versiyası daha siyasi xarakterli idi.

 

”İllərdir uzağam, arxam, elimdən,

Bülbüləm, düşmüşəm ayrı gülümdən,

Zorla ayırıb şirin dilimdən…”

 

-hissəsi senzuraya məruz qaldığına görə, İbrahim onu sevgi şeiri halına gətirmişdi.

 

Fikrindən gecələr yata bilmirəm

Bu fikri başımdan ata bilmirəm

Neyləyim ki, sənə çata bilmirəm

Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq

 

Uzundur hicrindən qara gecələr

Vurubdur qəlbimə yara gecələr

Bilmirəm, mən gedim hara gecələr

Ayrılıq, ayrılıq, aman ayrılıq…

 

 

Rusiya-Çin rəqabəti:

 

Rusiyanın ən böyük narahatlqlarından biri də bölgədə artan Çin əhalisi və buna qarşı iqtisadi olaraq zəif olmasıdır. SSRİ-nin vaxtında Moskva, Orta Asiyaya daha çox əkinçilik sahəsi kimi baxmış və buradakı enerji qaynaqlarına o qədər də önəm verməmişdi. Sovetlərin vaxtında inşa edilən Orta Asiyadakı ana yollar, dəmir yolları və boru xətləri şimala, Rusiya materikinə doğru irəliləyərkən öz aralarındakı əlaqə həmişə əskik idi. Bu vəziyyət illərdir Rusiyanın xeyrinə xidmət etdi. İndi Çinin Orta Asiyadakı şərqdən qərbə doğru uzanan əlaqələri Rusiyanın təsir dairəsini çətinləşdirir. Bu səbəblərə görə, Rusiya bölgənin ən böyük ölkəsi olan Qazaxıstan üzərindən nəzarət sahibi olmaq və daxili işlərinə müdaxilə etmək istəyir.

 

Türk Cümhuriyyet İttifaqı:

 

Rusiyanın bütün bu cəhdləri irəlidə Qazaxıstanla əlaqəli edəcəyi həmlələrinə hazırlıqdır. Amma Rusiyanın bu təhdid dolu hazırlıqları Qazaxıstanın özünəxas siyasətini gözdən keçirmək və içəridə milliləşmə hərəkatlarının sürətlənməsinə səbəb oldu. Mütləq vurğulanmalı hadisələrdən biri də Türkiyənin Qarabağ müdaxiləsi sonrası çox danışılan Türk birliyinin qüvvətləndirilməsi mövzusu da Rusiya bürokratlarını olduqca narahat edir. Son olaraq deyim ki, sovetlər birliyinin qanlı rejimi, 200 il boyunca bölgə xalqları üzərində ağır assimilyasiyalara və itkilərə səbəb oldu. Bu mövzuda özünü hələ də sovetlərin varisi olaraq görən Rusiyanın köhnə sovet ölkələri üzərindəki bitməyən torpaq iddiasının arxa planından danışdım. Qərb və Çinə qarşı bölgədə gücünü itirməkdə olan Rusiya təcavüzkar siyasəti ilə əldə olan müttəfiqlərini də yavaş-yavaş itirməkdədir. Hər nəsil yenidən doğular, hər yüzillikdə qətliama uğrayan Türk toplumları heçvaxt mübarizə ruhunu itirmədi. Çünki mübarizə və azadlıq, bu əzmkar millətin digər adıdır. Özünü həm Kiyev Rusunda, həm Rusiya imperyasında həm də SSRİ-də görən Oblomovların evdində isə hər şey qarışıqdır.

 

Rusiyanın axtardığı çıxış yolu:

 

Qafqazın geopolitik önəmi: Moskvanın üzərində dayandığı bu xətlərin əhəmiyyəti nədir ? Ölkələr, xüsusi ilə də böyük dövlətlər üçün yeraltı və yerüstü mənbələri qədər nəqliyyat xətləri də son dərəcə əhəmiyyətlidir. Xüsusi ilə də Rusiya kimi böyük torpaqlara sahib, digər ölkələrə hətta digər coğrafiyalara çıxış xətti əldə etməsi son dərəcə önəm kəsb edir. Buna görə də, Dağlıq Qarabağ müharibəsi zamanı hətta müharibədən sonra da Putin, Cənubi Qafqazdan keçəcək bu xətlərin, dəhlizlərin, dəmir yollarının üzərində bu qədər dayanmasının əsas səbəbi var.

 

Bəs, bu yolların digər dövlətlər üçün bir əhəmiyyəti varmı ?

 

Cənubi Qafqazda baş verən Dağlıq Qarabağ müharibəsindən sonra açılacaq olan bu yolların regional və qlobal əhəmiyyəti olduqca yüksəkdir. Regional mənada Rusiya ən vacib müttəfiqlərindən Ermənistana bilirik ki, quru yoldan çıxışı yoxdur. Burada isə Rusiya şimali Qafqaz, Dərbənd üzərindən Ermənistana quru yolu əldə etmiş olacaq. Eyni zamanda Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olması başda Xankəndi, Xocalı, Ağdərə, Xocavənd bu bölgələrə İrəvan üzərindən logistika son dərəcə ağırdır. Buradan açılacaq bu dəmir yolları ilə Rusiya, Dağlıq Qarabağa asanlıqla logistika təmin əldə etmiş olacaq.

 

Bəs, Rusiya bu nəqliyyat xətlərinin açılması ilə nə əldə etmək istəyir ?

 

Rusiya uzun zamandır Ermənistana quru yolu əldə edə bilmirdi. Eyni ilə də İrana quru yolu yox idi. Bu dəfə Rusiya həm Ermənistana həm də İrana regional mənada bir çıxış əldə etmiş olur. Eyni zamanda Rusiyanın uzun zamandır geostrateji və geopolitik hədəflərindən biri də Orta Şərqə çıxış əldə etməkdir. Bu yollarla Rusiya eyni zamanda ilk dəfə Orta Şərqə çıxış əldə etmiş olacaq. Eyni ilə də bilirik ki, Rusiya ilə Gürcüstanın arasındakı bəzi problemlər səbəbindən Rusiya ticarət şəbəkəsini İrəvana, Ermənistana Gürcüstan ərazisindən keçirməklə təmin edirdi. Bu yolda isə bəzən Gürcüstanın problem çıxarması bunun xaricində texniki problemlər səbəbindən Rusiya tırları, logistik xətləri o qapıların qarşısında gözləməli günlərlə olurdu. Ama bu Dağlıq Qarabağdan açılacaq bu yollar vasitəsi ilə Rusiya həm İrəvana həm də Ermənistana eyni şəkildə də qlobal mənada Orta Şərqə bir çıxış əldə etmiş olur.

 

Bu yolların açılmasına tərəfdar və bölgə ölkələri necə baxır ? Məsələn Gürcüstan, İran, Türkiyə necə baxır ?

 

Türkiyə tərəfdən baxsaq, Türkiyə bildiyimiz kimi Tovuz, Gürcüstan vasitəsi ilə Azərvaycana oradan da Xəzər və Orta Asiyaya bir yol əldə edirdi. Bu yolların açılmasıyla isə Türkiyə üçün bu yol daha qısalmış olacaq. Həm iqtisadi tərəfdən, həm də yolun qısa olması Türkiyə üçün ciddi avantajdır. Azərbaycan tərəfdən dəyərləndirsək, bu yolları bilirsiniz ki, Naxçıvan blokadada olan bir bölgə idi. Lakin bu yollar vasitəsi ilə Naxçıvan blokadadan çıxır və Azərbaycanın qərb bölgələrinə bir yol açılmış olur. Gürcüstana gəldikdə isə bu ölkə tranzit bir ölkədir. Bu yollar bir növ Gürcüstandan yan keçmiş olur. Gürcüstan tərəfndən dəyərləndirildikdə bu bir o qədər də müsbət bir vəziyyət deyil. Əslində bu da təsadüfi bir məsələ deyil. (2008-ci ildə Rusiya və Gürcüstan arasında Cənubi Osetiya müharibəsi baş verib. İsveçli akademik Svante Kornelin fikrinə görə Cənubi Qafqaza nəzarət etmək Rusiyaya geosiyasi cəhətdən vacib region hesab edilən Mərkəzi Asiyaya Qərb dövlətlərinin təsirinə nəzarət etməyə imkan verir. Rusiya Qara dənizə çıxışının olmasını və Türkiyə ilə həmsərhəd olmasını Gürcüstanın qiymətli strateji xüsusiyyətləri hesab edir.) Bu yolların açılması ilə birlikdə Rusiya bir növ Gürcüstanı öz əlinin içinə almış olur. Bilirsiniz ki, Türkiyə və Azərbaycan, Gürcüstanın bundan əlavə İran vasitəsi ilə də əlaqəsi var idi. Bu yolların açılmasıyla həm Azərbaycan həm də Türkiyə İrana ehtiyac duymadan bu yollar üzərindən keçəcəklər. Əslində yolların açılması İranı da məmnun etmir. Çünki oyundan kənar qalmış kimi olur.

 

Yəni İrəvan rasional siyasət yürüdə bilərsə bu itkini qazanca çevirə bilər deyə düşünsək: Təbii ki, əgər Ermənistan, Dağlıq Qarabağdakı iddialarından əl çəkib, Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Ermənistan xalqı üçün də bu yolların açılması son dərəcə vacibdir. Diqqət edin Ermənistan Dağlıq Qarabağ işğalına görə həm Türkiyə ərazisindən həm də Azərbaycan tərəfindən mühasirəyə alınmışdı. Yəni blokadada yaşayırdı. Sadəcə İran və Gürcüstandan çıxışı var idi. Bu yolların açılması ilə Rusiyanın müttəfiqi quru yol əlaqələri qurmuş olacaq. Dəmir yol xətləri açılır, iqtisadi olaraq bölgə ciddi mənada canlacanaq və bölgə xalqları da nəfəs alacaq. Bunun üçün isə Ermənistan Dağlıq Qarabağdakı iddialarından əl çəkməlidir.

Röya Bənənyarlı

AZTV-nin əməkdaşı