Eldar Əzizov vətəndaşın əmlakını belə dağıtdırdı - TANINMIŞ VƏKİLDƏN BAŞ PROKURORLUĞA MÜRACİƏT / VİDEO+FOTO

  • By admin
  • 28 İyul 2022 12:23

Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən vətəndaşlardan zorla alınması tələb olunan binanın köçməyən sakinlərinin də evlərini də qapılarını sındırıb içərisini dağıtmağa başlayıblar.

Bu barədə Gununsesi.info-ya həmin sakinlərin əmlak hüquqlarını qoruyan vəkil Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, bu işlərə də Bakı şəhər İcra Hakimiyyətininin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşıırıqlarını verir:

“27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb mənzilin içərisini dağıdılmış və mənzili yaşayışa yararsız hala salınmışdır.

Bütün qanunsuzluqlar video kameralalara düşmüşdür.

Bu əslində qanunsuzluq deyil vandallıqdır, barbarlıqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirəm ki, vandallarını çəksin və Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, bu müraciətimə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 204-207-ci maddələrinə əsasən şikayət kimi yyanaşıb bu qanunsuzluğa rəhbərlik edən edən, iştirak edən şəxslər barəsindəcinayət işi başlanılsın”.

Günay 

Gununsesi.info