Rusiya Ukraynada nə qədər hərbçi itirib? - SAY AÇIQLANDI

  • By admin
  • 28 İyul 2022 12:28

“Rusiya ordusu Ukrayna ilə müharibədə 75 000-dən çox hərbçi itirib”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı amerikalı konqresmen Elissa Slotkin açıqlayıb.

“Bizə verilən məlumata görə, 75 000-dən çox rusiyalı hərbçi zərərsizləşdirilib, yaxud yaralanıb”, – deyə Slotkin söyləyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə zamanı 40 000-dən çox hərbçi itirdiyini açıqlayıb.

Gununsesi.info