Eldar Əzizovdan Prezidentə şikayət

  • By admin
  • 16 Mart 2023 18:20

Qarabağ Veteranı, Kənd Təsərrüfatı mütəxəssisi, uzun illər Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində işləmiş Seyidov Məmməd Təvəkkül oğlu Prezident İlham Əliyevə müraciət edib.

Müraciətinin bir surətini də Gununsesi.info-nun redaksiyasına yollayan vətəndaş Baki şəhəri Yaşillaşdirma Təsərrüfati Birliyi tərəfindən  olan olan haqsızlıqdan gileylənib.

“Uzun zamandır ki, mənə olan haqsizliqlarla əlaqədar sizə müraciətlər edirəm.  Ancaq bu günə qədər heç bir cavab almamişam.

Cənab Prezident!

Mən çıxışlarınızda Sizin şəhidlər, qazilər və veteranlar haqqında öz vəzifələrinin nədən ibarət olduğunu bilməyən məmurlara verdiyiniz tapşırıqları eşidəndə çox qürurlanıram. Çox sağ olun heç vaxt bizləri unutmursunuz.

Cənab Prezident!

Mənə elə gəlir ki, etibar edib vəzifə təyin etdiyiniz  “məmurlara” Sizin çıxışlarınız  çatmır, ya da ki, başa düşmək istəmirlər. Son zamanlar Bakı şəhəri Yaşıllaşdırma Təssərrüfati Birliyində aparılan qeyri-peşəkar yaxud heç bir təhsili olmayan öz maddi maraqlarına görə təcrübəli işçilərin işdən azad edib. Əvəzinə yaşıllıqdan bixəbər insanların cəlb olunmasını göstərmək olar. Buna real misal olaraq son beş ildə yaşıllaşdırmaya təyin edilən baş direktorları gösdərmək olar. Axrinci təyinat çox utandırıcı haldır. Uzun illər hərbidə çağırış vərəqəsi satmış E.Əzizovun “qara kassa”sı kimi tanınan  70 yaşlı təqaüdçü Mirdaməd Seyidov yaşıllığı məhv edir.

 

Guununsesi.info