“The New York Times” nəşri İranın ali rəhbəri Əli Xamenei ABŞ və ya İsrailin mümkün hücumu zamanı öldürülməsi halında yüksək səviyyəli köməkçilərinə necə hərəkət etməli olduqlarına dair göstərişlər verməyi ilə bağlı məlumat yayıb.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat yayır.
Məsələ ilə bağlı siyasi şərhçi Turan Rzayev saytımıza bildirib ki, bu təlimatların fövqəladə vəziyyətlərdə tətbiq olunacaq səlahiyyət bölgüsü və komanda zəncirini əhatə etdiyi bildirilir.
Ortaya çıxan əsas bir məsələ isə “varis planı”dır.
İddialara görə, Xameneinin öldürülməsi halında onun yerinə sadiq köməkçisi, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani keçəcək.
Bəs görəsən, birdən-birə bu plan məsələsi niyə ortaya çıxıb?
“ABŞ və ya İsrailin mümkün hücum ssenarisi fonunda İranın ali rəhbəri Əli Xameneinin “varis planı”nın sızdırılması təsadüfi görünmür. Bu, əsasən çoxqatlı siyasi mesaj və strateji manevr təsiri bağışlayır”, – deyə siyasi şərhçi qeyd edib.
Siyasi şərhçi o cümlədən deyib:
“İran İslam Respublikasında ali rəhbərin seçilməsi formal olaraq İranın Ekspertlər Şurası tərəfindən həyata keçirilsə də, real proses illərlə davam edən daxili konsensus, təhlükəsizlik strukturlarının mövqeyi və ideoloji balans əsasında formalaşır. Bu isə o deməkdir ki, belə strateji post üçün varis məsələsi spontan qərar ola bilməz. Böyük ehtimalla varis çoxdan müəyyən edilib və onun kimliyi ciddi təhlükəsizlik səbəbilə məxfi saxlanılır”.
Xameneinin ölümü nəzarətsiz xaos yox, idarə olunan keçid ssenarisi kimi planlaşdırıla bilər. İran sistemi 1979-cu ildən bu yana bir çox böhranı ideoloji çərçivəyə salaraq siyasi sabitlik mexanizminə çevirib.
Əgər varis artıq müəyyən edilibsə və təhlükəsizlik strukturlarının dəstəyi varsa, Xameneinin ölümü rejim üçün zəifləmə yox, yenilənmiş legitimlik fürsətinə çevrilə bilər.
Orxan











