Elif Şafakın kitabları boykot edildi - TÜRKİYƏLİ MƏŞHUR YAZIÇI ERMƏNİLƏRİN TƏRƏFİNİ TUTDU

  • By admin
  • 14 Oktyabr 2020 11:04

 

Əslən Türkiyədən olan Böyük Britaniyanın məşhur yazarı Elif Şafak tvitterdəki 1.6 milyonluq hesabında müzakirələrə səbəb olacaq post paylaşıb. 

Gununsesi.info xəbər verir ki, o, hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım… Dağıntılar arasında sənət, təşəkkürlər”,- şərhini yazıb.

Şafakın işğalçı Ermənistanın iddia etdiyi kimi guya sözügedən kilsənin “dağıdılmasını” yansıdan görüntünü yaymağı, eyni zamanda erməni musiqiçi haqda paylaşım etməyi birmənalı qarşılanmayıb.

Dünən Azərbaycanda fəaliyyət göstərən kitab mağazaları da  açıqlamaya yayaraq, Elif Şefekin kitablarının satışından imtina edib.

Gununsesi.info