Əlizamin Salayev aclığı dayandırdı

  • By Admin2
  • 04 Noyabr 2024 15:48

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) məhkum üzvü Əlizamin Salayev aclığı dayandırıb.

Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətdən bildirilib.

Xidmətdən bildirilib ki, məhkum 5 gün əvvəl başladığı aclıq aksiyasını dayandırdığını bəyan edib.

Qeyd edək ki, Ə.Salayev ötən ilin mayında xuliqanlıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info