Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir

  • By Günel
  • 20 Yanvar 2025 22:14

Trampla birinci prezidentlik dövründən başlayan dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllindən də danışıb.

“Ən yaxşısı sülhdür, müharibə ilə bir nəticə əldə etmək olmaz. Biz bunu cənab Trampla danışıqlarımız zamanı müzakirə edəcəyik və buna uyğun addımlar atacağıq”, – dövlət başçısı vurğulayıb.

Gununsesi.info