
Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər üçün getdiyi Malayziyada baş nazir Ənvər İbrahim ilə görüşüb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğan danışıqlardan sonra açıqlama verərək, “Türkiyə iqtisadiyyatı bölgəmizdəki qarşıdurmalara, müharibələrə və əsrin fəlakəti olan 2023-cü ildə yaşadığımız böyük zəlzələyə baxmayaraq böyüməyə davam edir. Biz son 20 ildə illik orta hesabla 5 faiz civarında böyümə sürətini əldə edə bilən nadir ölkələrdən biriyik” deyib.
O. daha sonra bildirib:
“İki ölkə arasında hər sahədə gözəl əlaqələr qurulub. Onlar əməkdaşlığı hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar. Bu gün biz ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul etmişik. İş dünyası bu güclü tərəfdaşlığın lokomotividir.
Üç qitənin kəsişməsində yerləşən bir ölkə olaraq biz regionumuzda və bütün dünyada səmərəli iqtisadi və ticarət tərəfdaşlıqlarının qurulmasına böyük əhəmiyyət veririk.”
Orxan Saffari