
Əfqanıstanın Kunduz şəhərində intiharçı hücumu həyata keçirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı kamikadzenin özünü partlatması nəticəsində aralarında Taliban hərəkatının üzvləri də daxil olmaqla 5 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilib.
Qunduzdakı əyalət xəstəxanasından hadisə şahidi bildirib ki, xəstəxanaya 14 nəfərin cəsədi gətirilib.
Eyni xəstəxanadan başqa bir mənbə indiyədək ən azı 17 ölü xəstəxanaya çatdırıldığını bildirib.
Bəzi mənbələr itkilərin bu rəqəmlərdən çox olduğunu iddia edir.
Partlayış yerli vaxtla saat 08:35-də Kunduz əyalətində Kabul Bank filialının yaxınlığında baş verib.
Polis partlayış nəticəsində bankın mühafizəçisi və daha 4 nəfərin, eləcə də Əfqanıstanın hakim Taliban üzvlərinin həlak olduğunu bildirib.
Orxan Saffari