
Google ABŞ prezidenti Donald Trampın göstərişinə əsasən, rəsmi olaraq Xəritələrdə Meksika körfəzini Amerika Körfəzinə dəyişib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada, Google Maps-də Meksika Körfəzinin adının Coğrafi Adlar Sisteminin yeniləməsindən sonra “Amerika Körfəzi” olaraq dəyişdirildiyi qeyd edildi və əlavə edildi:
“İki həftə əvvəl elan etdiyimiz kimi, uzun müddətdir davam edən təcrübələrimizə uyğun olaraq bu yeniləməni əks etdirən dəyişiklikləri həyata keçirməyə başladıq.”
Açıqlamada ABŞ-dakı istifadəçilər “Amerika Körfəzi” adını görəcək, Meksikadakı istifadəçilər isə “Meksika Körfəzi” adını görməyə davam edəcək.
Digər ölkələrdəki istifadəçilər isə hər iki adı görəcək.
Qeyd edək ki, Tramp yanvarın 20-də Ağ Evdə imzaladığı sərəncamla Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsini əmr etmişdi.
“Prezident Tramp hökumətə sağlam düşüncə gətirir və Amerika sivilizasiyasının əsaslarını yeniləyir”, – sərəncamda deyilir.
Orxan Saffari