Rəcəb Tayyip Ərdoğan çıxışında CHP daxilində yaşanan gərginlikləri sərt tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan bildirib ki, son dövrlər CHP-də baş verən hadisələr ictimaiyyət tərəfindən “aksiyon filmi kimi” izlənilir və partiya siyasi təşkilatdan daha çox “döyüş klubunu” xatırladır.
Türkiyə prezidenti partiya daxilində qarşıdurmaların artdığını, müxtəlif qrupların bir-birinə qarşı mübarizə apardığını qeyd edib.
Dövlət başçısı bəzi şəxslərin siyasi mövqelərini qorumaq naminə “ümumi ayaqlanma” çağırışları etdiyini iddia edərək, onları “millət vəkili deyil, militant kimi davranmaqda” ittiham edib.
Ərdoğan çıxışında həmçinin küçə etirazları və ictimai asayişi poza biləcək çağırışları tənqid edib.
O vurğulayıb ki, “anarxiyanın müxalifətin siyasi alətinə çevrilməsini” qəbul etmədiklərini və hansı səbəbdən olursa-olsun ölkədə ictimai sabitliyin pozulmasına imkan verməyəcəklərini bildirib.










