Erməniəsilli bloqerin həbs müddəti uzadıldı

  • Müəllif: Ayshan
  • 29 Dekabr 2025 20:36

Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini uzadıb.

Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Markaryanın həbs müddətini 22 fevral tarixinədək uzadıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı hərbçilərin xatirəsini təhqir etməkdə şübhəli bilərək həbs edib. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs cəzası gözləyir.

Gununsesi.info