Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib - FOTOLAR

  • By admin
  • 03 Oktyabr 2020 22:32

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

Gununsesi.info xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası – 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikalarım hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

Gununsesi.info