Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...

  • By admin
  • 25 Noyabr 2020 12:58
İşğalçı Ermənistan Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə zidd olan daha bir  həyasız addım atıb. Terrorçu ölkənin paytaxt meriyası Xankəndinin bərpası üçün təxminən 200 min dollar ayırıb.
Gununsesi.org xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  İrəvan merinin müavini Sergey Nersisyan  paytaxt rəhbərliyinin “gələcəkdə də kömək etmək niyyətində olduğunu qeyd edərək” Xankəndinə yardım üçün vəsaitin yönləndirilməsi təklifi ilə çıxış edib.
Bundan sonra İrəvanın erməni “ağsaqqal”lar şurası çərşənbə axşamı – noyabrın 24-də  Xankəndinin  bərpası üçün şəhər büdcəsindən 100 milyon dram (təxminən 200 min dollar) ayrılmasına qərar verib.

Gununsesi.org