“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir” - HİKMƏT HACIYEV

  • By admin
  • 11 Oktyabr 2020 10:22

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam etdirməsi ilə bağlı paylaşım edib.

“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi “Twitter” səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir:

“Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev həmçinin əlavə edib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

 

Gununsesi.info