Ermənistan artıq KTMT-də yoxdur -Peskov

  • Müəllif: Firuzə
  • 05 İyun 2026 13:30

Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) faktiki olaraq iştirak etmir.

Gununsesi.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, həmçinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) diqqət yetirməyin İrəvan üçün daha əhəmiyyətli və faydalı bir yol olduğuna əminliyini ifadə edib.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin mövqeyini təkrarlayaraq qeyd etdi ki, ermənilərə fayda verən hər şey Moskva üçün yaxşıdır.

Gununsesi.info