Paşinyana tezliklə istefa verəcək

  • By Günel
  • 11 İyun 2025 09:58

Bütün ermənilərin katolikosu II Qaregin tezliklə istefa verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Erməni nəşri yazır: “Hakim elita əmindir ki, katolikos tezliklə istefa verəcək. Qəzetimizin hökumətdəki mənbələri iddia edirlər ki, katolikosun başqa çıxış yolu yoxdur, o, Baş nazir Nikol Paşinyana təslim olmaq məcburiyyətində qalıb. Hökumət mənbələri deyirlər ki, təzyiqlər günbəgün artdıqca onun çıxış yolu olmayacaq”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.

Gununsesi.info