Ersin Tatar Azərbaycandadır — FOTOLAR

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2025 13:33

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə bu gün ölkəmizə gəlib.

Gununsesi.info xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.