
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən püskürüb. Bu arada FPV dronu ilə qeydə alınan görüntülər vizual şənlik yaradıb. Lavanın düz yanında xizək sürən bir bələdçinin ürəyi dayandı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın cənubundakı Etna dağının püskürməsini qeyd etmək üçün bölgəyə gedən 26 yaşlı pilotsuz təyyarə pilotu Coş Turner çəkdiyi görüntülərlə heyran qalıb.
Səkkiz ildir ki, FPV dronlarını idarə edən Turner Etnanın püskürdüyü anı çəkmək üçün əvvəlcə Piano Provenzana-da xizək liftlərinin zirvəsinə qalxdı , sonra Etnanın qərb yamacında dövrə vurdu və təxminən 3100 metr yüksəklikdə lava çatının zirvəsinə çatdı.
Fevral ayında qeydə alınan görüntüləri çəkmək üçün dağın ətrafında dörd saat gəzən Turner, zirvəsində güclü partlayış baş verən zaman, dronla dağın üzərindən uçaraq unikal görüntüləri lentə alıb.
Vulkan bələdçisi Davide Tomasello tərəfindən 1 kilometrlik lava axınının yaxınlığında xizək sürərkən gün batımında lentə alınan görüntülər həm heyranlıq oyatdı, həm də anı izləyənlərə təzə nəfəs gətirdi.
Çəkiliş etmək üçün özü ilə üç ehtiyat pilotsuz uçan aparat götürdüyünü ifadə edən Turner, “Dronu uçurarkən çox yüksək küləklər və uçan lava ilə toqquşma riski kimi bəzi çətinliklər var idi. Ən yaxşı görüntülər hərəkətə yaxın uçmaqla əldə edilir, ona görə də riskə getməyə hazır idim. Ətraf çox soyuq idi, bu da onun yaxından uçmasına mane oldu”, – deyə bildirib.
Orxan