ETX-yə yeni mətbuat katibi təyin olundu

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2025 17:35

Jurnalist Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.

Bu barədə Gununsesi.info-ya E.Baxış özü məlumat verib.

Qeyd edək ki, o bu təyinata qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

 

Gununsesi.info