Eyni vaxtda meymunçiçəyinə və koronavirusa yoluxdu

  • By admin
  • 22 İyul 2022 21:22

ABŞ-ın Kaliforniya ştatında eyni vaxtda insanlara koronavirus və meymunçiçəyi yoluxma halı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Bildirilib ki, Sebastopol şəhərindən olan xəstə Mitço Tompsonun əvvəlcə COVID-19 üçün verdiyi testin cavabı müsbət çıxıb, sonra onun bədənində ikinci xəstəliyi göstərən ləkələr görünüb.

Qeyd olunur ki, Tomsona iyulun sonunda koronavirus diaqnozu qoyulub və bundan sonra o, bədənində kiçik qırmızı ləkələr görüb. Həkim kişinin həm koronavirus, həm də meymunçiçəyi xəstəsi olduğunu təsdiqləyib.

Gununsesi.info