Tanınmış jurnalist Eynulla Fətullayev bir müddət öncəyədək rəhbərlik etdiyi Haqqın.az saytı ilə yollarını ayırdığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə açıqlama yayıb.
“Haqqin.az MMC-ni bütöv payımı satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəm”, – deyə o qeyd edib.
O, saytı niyə satmağı və gələcək planları barədə də məlumat verəcəyini açıqlayıb.
Qeyd edək ki, Eynulla Fətullayevin haqqın.az saytını satdığı xəbərini ilk dəfə Gununsesi.info məlumat vermişdi.












