“Fəryad 2” filmi çəkilir: "Artıq Hadrutda dekorasiyalarımızı qurmuşuq"

  • By admin
  • 03 İyul 2021 09:24

“Hazırda “Azərbaycanfilm” kinostudiyasında 3 bədii tammetrajlı filmin istehsal prossesi gedir, bunlardan biri rejissor Elçin Musaoğlunun “Məryəm” filmidir. Hal-hazırda Zaqatala-Balakən bölgəsində son çəkilişlər gedir. İlin sonuna bu filmin tamaşaçılara təqdim olunması nəzərdə tutulub. Dram janrında olan filmdir, daha çox festival üçün nəzərdə tutulub. 2-ci vətən müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan “Fəryad 2” filmidir. Hazırda bu filmin hazırlıq prossesləri gedir. Biz artıq Hadrut və Bakıda dekorasiyalarımızı tikirik. İyul ayının 15-dən sonra bu film də çəkiliş həyatına başlayacaq.Ən böyük arzumuz ondan ibarətdir ki, noyabr ayında qələbənin ildönümündə bu filmi tamaşaçılarımıza çatdıra bilək. Digər bir filmimiz Asif Rüstəmovun “Mərmər soyuğu”-dur. Bu filmi biz Fransalı şirkətlə birgə hazırlayırıq. İlin sonuna qədər çəkilişləri bitirməyi planlaşdırırıq”

Gununsesi.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov deyib. O daha sonra əlavə edib.

“Nizami ili olduğuna görə İctimai televiziya ilə birlikdə “Xosrov və şirin” bədii serialının çəkilişlərinə başlamışıq. Bu işlərlə paralel olaraq 8-ə yaxın sənədli film studiyamızda istehsaldadır. Bunlardan biri “Biz” sənədli filmidir ki, 26 iyunda təqdimatı oldu.”Görünməyən qəhrəmanlar” adında 5 hissəli silsilə xronikal filmlərin istehsalı prossesi artıq başlayıb. Bu da ikinci vətən müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülərimizə həsr olunub. Bildiyiniz kimi Mədəniyyət Nazirliyi bu il “Böyük qayıdış” adlı ssenari müsabiqəsi elan etmişdir. Azərbaycanfilmin də iki ssenarisi qalib gəlmişdi, bunlardan biri “Fulya” sənədli filmi idi, hansı ki, son zamanlar ətrafında səs-küy yarada bildi. Biz artıq bu sənədli filmin çəkilişlərini tamamlamışıq, montaj prossesi gedir. “Fulya” bədii filmində biz 44 günlük müharibəyə yenidən qayıdacağıq. Hesab edirəm ki, sentyabr ayında bu filmi də tamaşaçılarımıza çatdıra biləcəyik. Hal-hazırda istehsalda olan filmlərimiz bundan ibarətdir, eyni zamanda müxtəlif layihələrimizə əlavə vəsaitlərin cəlb edilməsini, gələcək üçün yazılacaq yeni ssenarilərin üzərində də işlər gedir. Ortaq filmlərin istehsalı ilə bağlı danışıqlar aparılır. Belə desək bu il bizim üçün istehsal baxımından çətin, səmərəli,məsuliyyətli bir ildir.Təbii ki, çəkilən filmlərin kinoteatrlardax böyük ekranlarda göstərilməsini, təqdim edilməsini istəyirik.Əlbəttə ki, bu kinoteatrların açılmasından asılıdır” deyə direktor bildirib.

Fariz Əhmədov kinostudiyanın maddi-texniki bazasının da yeniləndiyini bildirib.

“Bu il bizim üçün ən önəmli hadisələrdən biri də o idi ki, biz maddi-texniki bazamızı yeniləyə bildik. Bu bizim üçün çox sevindirici haldır.Çünki bu gün istehsal olunan filmlərin hamısı demək olar ki, bizim yeni texnika vasitələri ilə çəkilir. Artıq dünya kinosu elə bir vəziyyətə gəlib ki, keyfiyyətli işin böyük hissəsi, hətta deyərdim ki, yarısı keyfiyyətli texnikanın üzərinə düşür.Şükürlər olsun ki, biz bu gün texniki bazanı əldə etmişik.Bunun üçün mən ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu texnika müharibə getdiyi dövrdə ölkə rəhbərliyinin göstərişi ilə alınıb. Hal-hazırda “Məryəm” filmi həmin texnikalar vasitəsilə çəkilir. Hesab edirəm ki, biz gələcək illərdə bu texnikadan gələn gəlirlər vasitəsilə öz texniki imkanlarımızı daha da genişləndirə biləcəyik” deyə Fariz Əhmədov bildirib.

Gununsesi.info