Fransa polisinin ələ keçirdiyi 1 milyonluq narkotik şirniyyat tozu çıxdı

  • By admin
  • 20 Mart 2021 10:26

Fransa polisi Paris yaxınlığında keçirdiyi xüsusi əməliyyat zamanı külli miqdarda psixotrop maddə olan ekstazi ələ keçirib, lakin sonradan həblərin və naməlum çəhrayı tozun əslində əzilmiş şirniyyat tozu olduğu məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Frans Press Agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

 

Paytaxt Polis Prefekturasının ilkin hesabatına görə, əməliyyat qanunsuz olaraq insanlara sintetik narkotiklərlə təmin edən Saint-Ouen kommunasında yerləşən narkotik laboratoriyasında həyata keçirilib. Qeyd olunub ki, müsadirə olunan narkotik vasitələrin dəyəri 1 milyon avrodur.

Lakin toksikoloji analizin nəticələrinə əsasən müsadirə edilən vasitələrin tərkibində heç bir narkotik vasitə və ya zəhər aşkarlanmayıb. Ehtimal edilir ki, sellofan qablarda olan maddələr şirniyyatın hazırlanmasında istifadə edilən çiyələk tozudur.

Gununsesi.info