“Fulya” filmi Nizami Kino Mərkəzində nümayişə başladı

  • By admin
  • 28 Oktyabr 2021 14:33

44 günlük vətən müharibəsi dövründə Azərbaycanda yaşananları həssaslıqla dünyaya çatdıran jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəman haqqında çəkilən “Fulya” filmi bu gündən etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Gununsesi.info xəbər verir ki, ekran işi Azərbaycan və Türkiyənin müştərək istehsalıdır. Filmin qalası isə oktyabrın 31-də Nizami Kino Mərkəzində keçiriləcək.

Qeyd edək ki, ekran işinin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Gununsesi.info