Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərindən görüntülər –  VİDEO/FOTOLAR

  • By admin
  • 20 Yanvar 2021 20:33

Gununsesi.info bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinə səfər edərək, erməni vandalizmini lentə alıb. Qarabağ silsiləsinin ətəklərində yerləşən bu kəndlərdə vaxtilə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Rayonun ən gözəl və abad yaşayış məntəqələrindən olan bu kəndlərdə orta məktəb, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi var idi. Erməni vandalları 27 il ərzində kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Ermənilər Qarğabazar kəndindəki XVII əsrə aid Hacı Qiyasəddin məscidindən və karvansaradan, eləcə də Qoçəhmədli kəndindəki XVIII əsrə aid məsciddən mal-qara tövləsi kimi istifadə etməklə azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Məscidlərdən mal-qaranın, o cümlədən donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Füzuli rayonunun Qarğabazar və Qoçəhmədli kəndlərinin ürək ağrıdan görüntülərini təqdim edirik.

 

Gununsesi.info