Gəncədə iki nəfəri maşın vurdu

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 19:38

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Seymur Məmmədovu və 1973-cü il təvəllüdlü Elçin Şirinovu vurub.

Hər iki şəxs xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info