Gəncədə məktəb direktoru intihara cəhd etdi

Gəncədə məktəb direktoru intihara cəhd edib.

Gununsesi.info  xəbər verir ki, İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbi içərək qəsdən özünü zəhərləyərək intihar etməyə çalışıb. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Onun hansı səbəbdən həyatına qəsd etmək istəməsi hələ məlum deyil.

Gununsesi.info