Gəncədə üçotaqlı ev yandı

  • By admin
  • 17 Noyabr 2021 09:20

Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 34 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info