Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib

Bakıda səfərdə olan Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti  Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib.Qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir.  Ulu Öndər Heydər Əliyev bu münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu bəyan etmişdir. Bildirildi ki, Türkiyə dövləti 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək verdi və Azərbaycan dövləti və xalqı bunu çox yüksək qiymətləndirir.Qeyd olundu ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində  cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyip Ərdoğanın xüsusi xidmətləri var.

Öz növbəsində Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfində minnətdarlğını bildirdi. Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açdılar.Görüş zamanı yerli özünü idarəetmə sahəsində təcrübə mübadiləsi, qurumlar arasında ticarət, mədəniyyət, iqtsadiyyat sahələrində əlaqələrin perspektilərinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Gununsesi.info