Gecə niyə insanda daha çox yaradıcılıq oyadır?

  • Müəllif: Orxan
  • 20 Avqust 2025 11:55

Maraqlıdır, tarixə, yazıçı-şairlər, ümumən incəsənət adamlarının yaradıcılıq mətbəxinə nəzər saldıqda, onların daha çox gecə saatlarında yaradıcılıqla məşğul olduqlarını görmək olur.

Bəs bunun səbəbi varmı?

Bu barədə həkim Yusif Abdulov Gununsesi.info-ya danışıb.

O, deyib:

“Əlbəttə, səbəbsiz deyil. Çünki gecə kortizol hormonu azalır, beyin daha az “stress siqnalları” alır. Alacaqaranlıq psixoloji azadlıq yaradır. Bu səbəbdən bir çox yazıçı, rəssam və filosof gecə işləməyi seçib”.

Orxan
Gununsesi.info