Gəncədə toya gedən şəxslər qəzaya düşdü - Xəsarət alanlar var - YENİLƏNDİ

  • By Günel
  • 26 Avqust 2025 19:37

Bu gün saat 17:40 radələrində 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.

***

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Yeganə Əsgərova, 1990-cı il təvəllüdü Gülşən Hüseynova, 1981-ci il təvəllüdlü Oleq Titiov, 1989-cu il təvəllüdlü Zamin Həsənov və 1996-cı il təvəllüdlü Ayşən Həsənova xəsarət alıblar.

İlkin məlumata görə, yaralılar Gəncə şəhərində toy məclisinə gedirlərmiş.

Gununsesi.info