Gömrük əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər.
Fevralın 9-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bölümünün birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə “Qan ver, ümid ol” şüarı altında növbəti könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada Dövlət Gömrük Komitəsinin 158 əməkdaşı iştirak edib.
Qanvermə aksiyası zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Gununsesi.info