Gömrük statistikamz Azərbaycan qazının ixrac həcmlərinin kəskin azalmasını göstərir -İLHAM ŞABAN YAZIR

  • By admin
  • 19 Aprel 2023 09:04

 

Gununsesi.info info neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın Azərbaycanın qaz ixracının azalması ilə bağlı duruma dair  təhlilini təqdim edir:

Gömrük Komitəsi ölkənin qaz ixracını real həcmdən 3 milyard kubmetr, elektrik enerjisini isə 1.3 milyar kVt/saat az göstərib.

Neft-qaz sektoru üzrə mütəxəssis Ilham Shaban yazıb:

Gömrük statistikamz AZƏRBAYCAN QAZININ ixrac həcmlərinin kəskin AZALMASINI göstərir

Azərbaycan cari ilin I rübündə Avropada qaz satışını 300 mln kubmetr, Türkiyədə isə 500 mln kubmetr artırıb. Ümumilikdə 6,5 mlrd kubmetr qaz ixracımız olub ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 600 mln kubmetr çoxdur.

Amma Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan I rübdə cəmi 3,053 mlrd kubmetr qaz ixrac edib. Təbii ki, bu fikizi ixrac həcmi deyil, gömrük bəyannamələri əsasında olan ixracdır.

2022-ci ildə Azərbaycan sayğac əsasında 22,3 mlrd kubmetr qaz ixrac etsə də, Gömrük Komitəsi bunun yalnız 18,965 mlrd kubmetrini rəsmiləşdirə bilmişdi.

Yəni o zamandan 3 mlrd kubmetr qazımızı KİTABA salmaq nədənsə müşkül bir məsələyə çevrilib.

Bu cür hesabatlığın Azərbaycan Respublikasına mənfi təzahürləri nədən ibarətdir:

1) Ölkə rəhbəri bütün xarici səfərlərində, bütün rəsmi görüşlərdə bəyan edir ki, Azərbaycan qaz ixracını ildən ilə artıracaq və bu yöndə addımlar atır. Görük isə bu ilin I rübünün yekunları üzrə hesabatında bildirir ki, Azərbaycanın qaz ixracı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,633 mlrd kubmetr və ya 46% azalıb.

Yəni Dövlət Gömrük Komitəsi öz məlumatlarının hesabatlı ilə Azərbaycan Respublikası Prezidentinin kursuna qarşı çıxır.

2) Xarici ekspertlər, xarici media axı bizim Dövlət Statistika Komitəsinin aylıq hesabatlarında sonda SOCAR və BP-nin məlumatları əsasında geyd edilən faktiki ixracdan xəbərsizdirlər. Elə bizim medianın 99%-i də o məlumartlara istimnad etmir.

Nəticədə bir də görürsən ki, istər regional, istərsə də xarici mediada diskusiyalar zamanı məhz Dövlət Gömrük Komitəsinin və yerli medianın ona istinadən yazdıqlarını əsas kimi gətirərək deyirlər ki, AZƏRBAYCANIN AVROPAYA QAZ İXRACINI ARTIRMAQ İMKANI YOXDUR, GEDƏN RUSİYA QAZIDIR…

3) Həmin məsələlər elektrik enerjisi ixracına da aiddir. Energetika nazirliyi 2022-ci ildə Azərbaycanın öz tarixində ilk dəfə olaraq 3 mlrd kVt\saat elektrik enerjisi ixrac etdiyini qeyd etsə də, Dövlət Gömrük Komitəsi bunun 1,7 mlrd kVt\saatını rəsmiləşdirməyə macal tapıb.

Bəs Azərbaycan hökumətinin RƏQƏMSALLAŞDIRMA, rəqəmsal iqtisadiyyata keçidi harda qaldı? Bəlkə bunun Dövlət Gömrük Komitəsində tətbiqində həsə problem var? Mən məlumatlı deyiləm.

 

Gununsesi.info