Google-nin küçə görünüşü funksiyası Almaniyada niyə işlədilmir?

  • By admin
  • 18 Yanvar 2023 18:27

“Google Xəritələr”ində Küçə Görünüşü özəlliyini açdıqda, Avropanın hər yer mavi rəngdəykən Almaniyaınn bir qismi boş görünür.

Almaniyanın boş görükməsinin, əslində haqlı bir səbəbi var.

Gununsesi.info xarici mətbuata istinadən həmin səbəblərin olduğu yazını sizə təqdim edir.

Google Küçə Görünüşü  2007-ci ildən bəri dünya çapında milyonlarla kilometrin yol xəritəsini çıxardı. Bütün bunlara baxmayaraq, Avropanın ən turistik öölkələrindən biri olan Almaniyada bu özəllik bəzi bölgələrdə işlədilmir. Almanlar çimərlikdə və şəhər parklarında rahat bir şəkildə gəzməkdən çəkinməyən bir millətdir. Hətta almanların çılpaq düşərgələri də məşhurdur.

 

Fiziki özəlliklərini saxlamaqdan çəkinmirlər

Ancaq almanlar fiziki özəlliklərini sərgiləməkdən çəkinməsələr belə, şəxsi bilgilərinin paylaşılmasından xoşlanmırlar.

Almanlar üçün bi incə fərq olduqca önəmlidir. Hətta digər ölkələrin adlarını, adreslərini və on-line satın alma keçmişini necə də asanlıqla paylaşa bilmələrinə çaş-baş qalırlar.

 

“Harvard Business Review”də yayımlanan araşdırmaya görə, ortalama 1 alman fərdi sağlıq bilgilərini qorumaq üçün 184 dollar ödəməyə razıdır. Ortalama 1 ingilis üçün isə bu bilgilərin gizliliyi yalnız 59 dollar dəyərindədir.

 

Bəs, almanlar fiziki olaraq bu qədər rahatkən niyə fərdi bilgiləri üçün narahatdırlar?

Almanlar yaxın keçmişlərində iki totalitar sistemin travmasını keçirdilər. Faşist Üçüncü Reyx və Kommunist Şərqi Almaniya təsirləri hələ də xalqda sezilir.

 

 

KEÇMİŞDƏ YAŞANAN REJİMLƏRDƏN QAYNAQLANIR

Almaniya fərdi bilgiləri işləədərək insanlara keçməkeşli dönəmlər yaşadan rejimlərdən qurtulduqdan sonra “Nie wieder” (Bir daha əsla) düsturunu mənimsədi.

Almaniyanın müharibə sonrasındakı konstitusiyasının ilk maddəsinin bu şəkildə olmasının ana səbəbi bu olaylarla bağlıdır. “İnsan qüruru toxunulmaz olacaq. Ona hörmət etmək və onu qorumaq bütün dövlət iqtidarının vəzifəsidir”.

 

GİZLİLİK VƏ MƏHRƏMİYYƏT GEDƏRƏK GÜCLƏNDİ

Almaniya yaşadığı rejim travmaları səbibiylə məhrəmiyyət qavramını getdikcə gücləndirdi.

– 1970-ci ildə bir Almaniya bölgəsi dünyada ilk data bilgiləri qoruma qanununu çıxardı.

– 1979-cu ildə Qərbi Almaniya təməl məqsədi fərdi bilgilərin toxunulmazlığını qorumaq üçün data bilgi qanununun təməlini atdı.

– Mart 2010-cu ildə Almaniya Federal Konstitusiya Məhkəməsi yurddaşların telefon və e-mail data bilgilərini 6 aya qədər saxlamasına icazə verən qanunu fərdi gizlilik haqlarına “ağır müdaxilə” görərək pozdu.

 

GOOGLE-NİN KÜÇƏ GÖRÜNÜŞÜNƏ QARŞI XALQI ETİRAZÇIDIR

Almaniyanın fərdi bilgilərə qarşı bu yanaşması digitallaşmanın getdikcə irəlilədiyi günümüzdə nisbətən yumşala bilər. Almaniya hər nə qədər Google Küçə Görünüşünə icazə verməsə belə, bir çox bilgi Google və Meta-da var. Ayrıca, almanların yarısı Facebook istifadəçisidir.

2010-cu ildə Google il sonuna qədər Almaniyanın ən böyük 20 şəhərinin küçələrinin xəritəsini çıxaracağını açıqladı. Ancaq xəbəri eşidən xalqdan etiraz gecikmədi. Hətta Google-nin kameralı avtomobilləri hücuma uğradı.

Dönəmin Almaniya İstehsalatı Qoruma Naziri İlse Aiqner Google texnologiyası üçün “özəl sahə pozuntusu” olaraq dəyərləndirmə etdi və utanmadan onların fotolar toplamağa çalışdığını açıqladı.

Google isə özəl sahə pozuntusu etməmək üçün avtomobillərin və evlərin nömrələrini, üzləri bulanlıqlaşdırır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info