Gürcüstana gələn rusların sayı kəskin artdı

  • By admin
  • 20 Oktyabr 2022 21:07

Ötən ilin eyni dövrü ilə müqayisədə sentyabr ayında Rusiyadan Gürcüstana keçən ruslarıns sayında 511 faiz artım olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin sentyabrında Rusiyadan Gürcüstana 222 min 274 nəfər pənah gətirib.

Məlumata görə, ötən ilin sentyabrında bu göstərici 36 min 407 təşkil edib.

Məlumat üçün bildirək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmasından sonra Gürcüstanla sərhəddə böyük növbə yaranıb. Bundan sonra rusların Gürcüstana kütləvi axını başlayıb.

Vəziyyətin gərginliyi səbəbindən Vladiqafqazdan Gürcüstan istiqamətində avtomobillərin hərəkəti dayandırılıb.

Rusiya hökuməti Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsi açıb.

Gununsesi.info