Gürcüstanda pandemiyaya görə “bağlanma” elan edilə bilər

  • By admin
  • 21 Noyabr 2020 02:55

Pandemiyanın yayılma riski ilə əlaqədar ölkədə bazarertəsindən – 23 noyabr tarixindən “bağlanma” elan edilə bilər.

Gununsesi.info  “Mtavari Arxi”yə istinadən xəbər verir ki, məhdudiyyətlərin sərtləşdirilməsi forması hələ hökumət rəhbərliyi tərəfindən rəsmi olaraq bəyan edilməsə də, lakin hər yerdə bu barədə danışılır.

Telekanalın yaydığı məlumatda qeyd olunur ki, biznes sektorunun nümayəndələri hökumətin onlarla əvvəlcədən ünsiyyətdə olmadığını deyirlər. Yeni məhdudiyyətlərə uyğunlaşmaq, sənayenin minimum itkilər görməsi vaxt tələb edir, bu səbəbdən daha sərt qaydalar dövründə iş vəziyyəti daha da çətinləşir.

Eləcə də vurğulanıb ki, ticarət mərkəzləri və gözəllik salonları sıx məhdudiyyətlər şəraitində “Bağlana” bilər.

Gununsesi.info