Gürcüstandan dərman qaçaqmalçılığının qarşısı alınıb – FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən Gürcüstandan Azərbaycana dərman vasitələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb. Bu barədə DGK-nın yaydığı məlumatda deyilir.

Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn “Mercedes Benz Actors” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinidə mal müşaiyət sənədlərində göstərilməyən 57 irihəcmli karton yeşiklərə qablaşdırılan 2156 qutu müxtəlif adda dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info