Gürcüstanı “Avroviziya”da təmsil edəcək erməni müğənninin fırıldağı -VİDEO

Gürcüstanı “Eurovision 2023” mahnı müsabiqəsində təmsil edəcək erməni əsilli müğənni İra Xeçanova “The Voice” layihəsinin finalında səsləri saxtalaşdırmaqda ittiham olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

“The Voice” layihəsinin gürcü versiyasının qalibinin müsabiqədə Gürcüstanı təmsil edəcəyi əvvəlcədən açıqlanıb. Finalda İra tamaşaçıların 21,88%-nin səsini qazanıb. Lakin Gürcüstan tamaşaçıları və sənətçiləri arasında müğənninin qələbəsinin əvvəlcədən planlaşdırıldığına dair narazı fikirlər səslənməyə başlayıb.

“Georgian Times” telekanalı layihənin mentorlarından biri David Evgenidzenin bütün layihə komandasının İranın finala çıxması və qalib gəlməsi üçün “ciddi şəkildə” işlədiyini söylədiyi səs yazısı dərc edib. Musiqiçi hələlik bu vəziyyətlə bağlı açıqlama verməyib.

Hələlik verilişin yayımlandığı Birinci Kanalın nümayəndələrindən, eləcə də Xeçanovanın özündən heç bir rəsmi şərh gəlməyib.

Qeyd edək ki, İra Xeçanova səhnə karyerasına 9 yaşında başlayıb. O, 2011-ci ildə “Candy” qrupunun üzvü olaraq “Junior Eurovision” mahnı müsabiqəsində qalib gəlib.

Gununsesi.info