Gürcüstanın baş naziri istefaya gedir?

  • By admin
  • 16 Sentyabr 2022 10:27

“Sizi əmin edə bilərəm ki, komanda tamamilə möhkəmdir, vahiddir və şayiələri yaymaq üçün heç bir bəhanə yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu sözlərlə Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərin baş nazir İrakli Qaribaşvilinin istefaya göndərilib-göndərilməyəcəyi ilə bağlı sualları cavablandırarkən deyib.

“Belə şayiələrin yayılmasına səbəb yalnız müxalifətin göstərdiyi zəiflikdir”,- deyən siyasətçi sözünə bu cür davam edib:

“Müxalifətin timsalında gördüklərimiz tam zəifliyin təzahürüdür. Belə bir məqamda “Gürcü Arzusu”na bağlı olan müxtəlif yüksək vəzifəli məmurlar haqqında söz-söhbətlər dolaşır. Sizi əmin edə bilərəm ki, komanda tamamilə möhkəmdir, vahiddir və şayiələr üçün heç bir bəhanə yoxdur”.

Gununsesi.info