Həsən Ruhani: “Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq”

  • By admin
  • 26 Sentyabr 2020 21:36

İranda tibbi maskadan istifadə etməyənlərə cəza tətbiq olunacaq.

Gununusesi.info-nun məlumatına görə, bunu, İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Qərargahının iclasında deyib.

“Nəzarət azalıb, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, koronavirus artıq gənclərə də yoluxur. Xəstəxanaya yerləşdirilənlərin 14%-ni daha əvvəl koronavirusa yoluxanlar təşkil edir. Sanitariya-gigiyena qaydalarını və nəzarəti sərtləşdirməyə məcburuq. Bu həftə maska taxmayan vətəndaşlara sərt qaydalar tətbiq olunacaq”, – deyə İran Prezidenti qeyd edib.

H.Ruhani bildirib ki, vətəndaşların maskadan istifadə etməməsinə artıq göz yumulmayacaq: “Maska taxmayanlara heç bir dövlət xidməti göstərilməməlidir”. 

 

 

Gununusesi.info