Hacı Taleh aclığı dayandırdı

  • By admin
  • 23 İyun 2022 21:42

Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.

Gununsesi.info  bildirir ki, onun iyunun 23-də yaydığı açıqlamada belə bildirilib. MBH sədri qeyd edib ki, aclıq aksiyasını dayandırmasıyla bağlı çoxsaylı çağırışlar alıb. Önəmli şəxsiyyətlər ona bu barədə müraciət edib. Nəticədə, bu qərara gəlib:

“Həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq, bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəmiz davam edir”.

Qeyd edək ki, Taleh Bağırzadə iyunun 2-də aclıq aksiyasına başlayıb. Həmin vaxt bildirmişdi ki, polis idarəsində Müsəlman Birliyi Hərəkatının üzvlərinə işgəncə verən və bu zaman Allahı təhqir edən şəxslər cəzalandırılana qədər aclığı dayandırmaq niyyətində deyil.

 

Gülnar

Gununsesi.info