Hadisə serialda onunla çəkiləcək -Foto

  • Müəllif: ilhame
  • 27 İyun 2024 13:14

Bir müddət əvvəl türkiyəli müğənni Hadisənin serialda rol alacağı barədə xəbər vermişdik.

 

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, GAİN-də yayımlanacaq “Esas oğlan” serialının çəkilişləri iyulun ikinci həftəsində başlayacaq.

 

İstanbulda çəkiləcək 8 seriyalı romantik komediya serialında Seda Bakan “Selma”, Hadisə isə “Ceren” obrazını canlandıracaq.

 

Ekran işində Cerenin ortağı Merti isə İlhan Şen canlandıracaq. Serialın 8 iyul – 16 avqust tarixləri arasında tamamlanması planlaşdırılır.

 

Qeyd edək ki, Hadisə 8 bölümlük serialdan 10 milyon TL (527 000 manat) qazanacaq.

Gununsesi.info