
Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə baş verən qəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub.
Gununsesi.info xəbər verir ki, həlak olan hərbi qulluqçu Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.
Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Bu barədə jurnalist Zahid Nurəliyev sosial şəbəkə hesabında paylaşım edib.
Xanım hərbi qulluqçu bir il əvvəl oğlunu da itirib.
“Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayri yaşamaq istəmirəm, canım oğlum..”, – deyə o, oğlunun fotosunu paylaşaraq yazıb.
Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev Bakupost.az -a bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə, xanım hərbçi qəzadan sonra Gəncəyə hospitala aparılıb.
Fotoda: İlahə Şahverdiyevanın oğlu