İbrahimoviçin koronavirus testi növbəti dəfə müsbət oldu

  • By admin
  • 08 Oktyabr 2020 21:17

İtaliyanın “Milan” klubunun futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.

Gununsesi.info “Sky Sport” nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. 39 yaşlı hücumçunun A Seriyasının IV turunda “İnter”lə matçı buraxmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək “İnter” – “Milan” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

 

Gununsesi.info