İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdü

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 12:07

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Gununsesi.info xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

 

Gununsesi.info