“İlk yardım Özbəkistan tərəfindən göstərilib”

  • Müəllif: Firuzə
  • 23 Avqust 2026 21:40

Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib.

Gununsesi.info  xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:

“Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiyanın qoyulması.

İlk iri sənaye müəssisəsi də yenə Özbəkistanla bağlıdır”.

Gununsesi.info