Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ-da bütün sahələrdə senzuranın həyata keçirildiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Mask qeyd edib ki, məhdudiyyətlər Amerika həyatına nüfuz edib.
Birləşmiş Ştatların hər yerində senzura var deyə o, ölkəni ittiham edib. Bundan əvvəl milyarder, vətəndaşların ABŞ-da hökumət senzurasının nə qədər güclü olması barədə ümumi təsəvvürlərinin belə olmadığını deyib: “Bu platformada senzura qaldırılan kimi şirkətlərim və mən davamlı olaraq hücuma məruz qaldıq” .
Daha əvvəl Mask demişdi ki, qarşıdan gələn 2024-cü il əvvəlkilərdən daha pis olacaq.