“İnter” klubu 36 yaşlı futbolçusu ilə yeni müqavilə bağlayıb

  • By admin
  • 08 Sentyabr 2020 15:16

İtaliyanın “İnter” klubunun qapıçısı Samir Handanoviç komandadakı çıxışını davam etdirəcək.

Gununsesi.info-nun məlumatına görə, 36 yaşlı qolkiper Milan şəhərinin təmsilçisi ilə yeni müqaviləyə qol çəkib.

Sloveniya millisinin üzvü bir neçə klubdan təklif almasına baxmayaraq, “neradzurra” ilə 2021-ci ilin yayına qədər olan sözləşmə müddətini daha 1 il uzadıb. O, karyerasını məhz hazırkı komandasında bitirməyi planlaşdırır.

Qeyd edək ki, Samir Handanoviç “İnter”ə 2012-ci ildə “Udineze”dən keçib.

 

 

Gununsesi.info